ATL Academy
Tamamlanmış layihələr: « ATL Academy » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
ATL Academy Proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və İ.T. sənayesinin tələblərinə cavab verən müasir və innovativ təhsil müəssisəsidir. Akademiyada Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . ATL Academy hazırki mərhələdə “Code School” daxilində Software Development Fundamentals, Backend və Frontend Software Development kimi sahələri üzrə kurslar təqdim edir. Növbəti mərhələlərdə kurslar İ.T. sahəsinin müxtəlif istiqamətlərini əhatə edəcəkdir. Dərslər İ.T. sahəsində geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir.