ATL Electronics
Tamamlanmış layihələr: « ATL Electronics - Sharp » şirkətində mobil anbar uçotunun avtomatlaşdırılması, « Supply Chain » şirkətində mobil anbar uçotunun avtomatlaşdırılması, « ATL Electronics - Sharp » şirkətində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
ATL Electronics 2012-ci ildən fəaliyyət göstərməklə beynəlxaq SHARP Electronics şirkətinin Azərbaycanda ilk rəsmi satış nümayəndəliyidir. 2012-ci ildə “yüz illik” fəaliyyətini qeyd edən SHARP bu illər boyunca istehlakçılara müxtəlif yönümdə elektrik məhsulllar, avadanlıqlar, innovativ texnoloji həllər təklif edib. “Dürüstlük və yaradıcılıq” şüarı ilə fəaliyyət göstərən SHARP korporasiyası geniş çeşiddə məhsulları özündə birləşdirməklə aşağıdakı məhsulları təklif edir: istehlakçı elektronikası(maye kristallik televizorlar və audio avadanlıqlar), məişət avadanlıqları, məlumat sistemləri( sürət çıxarma maşınları,panellər və s.), mobil telefonlar, günəş batareyaları və modullar. Bununla bərabər SHARP korporasiyasının əsas fəaliyyət istiqamətlərindən biri də rəqəmsal texnologiyaların və elektron komponentlərin (opto elektronika, infraqırmızı elementlər, fleş-yaddaş kartları) istehsalıdır.