Bakond
"BAKOND" şirkəti 1987-ci ildə “ BAKKONDİSİONER ” Elmi-İstehsal Birliyi zavodlarında istehsal edilən kondisionerlərin və məişət texnikasının satışı, quraşdırılması və texniki xidməti sahəsində ixtisaslaşan Texno-Ticarət Mərkəzi kimi yaradılmışdır. Öz fəaliyyət sahəsini durmadan genişləndirən "BAKOND " şirkəti bu gün aparıcı dünya istehsalçılarının məişət, elektron texnikası və istehsal avadanlıqlarının idxalı, satışı, quraşdırılması və texniki xidməti ilə məşğul olur və bu sahədə ölkəmizin aparıcı şirkətlərindən biridir.
BAKOND Şirkəti müxtəlif kondisionerləşdirmə və ventilyasiya sistemlərinin, ofis telekommunikasiya sistemlərinin layihələndirilməsi, quraşdırılması və servis xidməti sahəsində ölkəmizdə aparıcı yer tutur. Şirkətdə geniş çeşidli məhsulların satışı üzrə müasir salon və dünya standartlarına cavab verən yüksək ixtisaslı Servis Mərkəzi fəaliyyət göstərir. Yüksək ixtisaslı mühəndis-işçi heyətinin kadr potensialına və öz çoxillik fəaliyyəti müddətində qazandığı böyük təcrübəyə əsaslanaraq BAKOND şirkəti, günümüzdə bir çox yerli və xarici təşkilat və müəssisələrlə əməkdaşlıq edir.
BAKOND Şirkəti "Panasonic", "LG Electronics", "Toshiba", "Daikin", "BORK", "Gree", "Zwilling JA Henckels", "Citizen" şirkətlərinin Azərbaycanda rəsmi partnyorudur. Yüksək səviyyəli xidmətin təmin edilməsi məqsədi ilə BAKOND Şirkəti partnyor olduğu beynəlxalq şirkətlərin aparıcı təcrübəsi və texniki bazasından istifadə edir.