Balacans
“BALACANS” MMC şirkəti Azərbaycan Respublikası, Balakən şəhərində yerləşir. İstehsalat şirkətimiz, təbiətin tam qəlbində, Azərbaycanın ən meşəli və dağlı yerində məskunlaşmışdır, bu da özünəməxsus coğrafi şəraitin və relyefin xüsusiyyətləri sayəsində şimal məhsullarından başlayaraq müxtəliv növ subtropik və sitrus meyvə və tərəfəzlər yetişdirmək imkanı yaradır. Ekoloji cəhətdən təmiz ətraf mühit bizim zavodumuzda emal olunan xam malın və bundan istehsal olunan məhsulun əla keyfiyyətdə olmasını təmin edir. Şirkətimizin istehsalat bazası 1969-cu ildə yaranmışdır və bu günə qədər “BALACANS”- dinamik şəkildə inkişaf edən perspektivli, potensialı yüksək olan istehsalat kompleksi təşkil edir.
Missiyamız
Keyfiyyətli məhsulumuzla ictimayyətin ən geniş təbəqələrini təmin etməklə biz, cəmiyyətin istəklərini qarşılayır və əhalinin sağlamlığını möhkəmləndiririk.
Bu missiyanı yerinə yetirməklə yanaşı, biz öz fəaliyyətimizi qanuni yol ilə iş etikasının prinsipləri, iqtisadi optimallıq əsasında və məqsədəuyğun icra edirikş. Bundan əlavə, şirkətin maraqlarını hər bir fərdi işçi heyətinin və bütövlükdə komandanın maraqları və istəkləri ilə uyğunlaşdırmağa çalışır və bununla da iqtisadiyyatın inkişafına öz töhvələrimizi əlavə etməklə, biznes sektoru, sənaye və iqtisadi mühitin bütövlükdə inkişafına pozitiv təsir göstəririk.
Keyfiyyət
“Balacans” MMC-nin əsas prioriteti məhsulun yüksək keyfiyyətidir. Məhsulun keyfiyyətini onun işlənib hazırlanması, istehsal edilməsi, saxlanması, paylanması və satışı mərhələlərində təmin edirik. Şirkətimizin məqsədi müasir texnologiyalar vasitəsilə ən yüksək keyfiyyət standartlarına uyğun olmaqdır. Keyfiyyətin artırılması və həllərin səmərəliliyi bizə rəqabət aparmaq və daima inkişaf etmək imkanını verir.
İnnovasiyalar
“Balacans” MMC-nin innovasiyalar sahəsində fəaliyyəti texnologiyaların təkmilləşdirilməsi və məhsulun keyfiyyətinin artırılması məqsədilə yeniliklərin axtarılması və həyata keçirilməsinə yönləndirilib. Bu sahədə fəaliyyətimizin əsas məqsədi son zamanların tələbatlarına cavab verən effektiv istehsalata dəstək verməkdən ibarətdir. Təcrübəli mütəxəssislərin işi nəticəsində yerli bazarda məhsullarımızın irəlilədilməsinə imkan yaradan yenilikçi həllər həyata keçirilmişdir.
Siyasət və strategiya
Balacans” MMC şirkətinin siyasəti öz fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətli və səmərəli işin tətbiq olunmasından ibarətdir. Məhsulların istehsal olunması zamanı biz beynəlxalq standartlara və milli qanunvericiliyə ciddi şəkildə əməl edirik. Əsaslı işimizin nəticəsi olaraq biz alkoqolsuz içkilərin ən böyük istehsalçılarından biri olan Coca-Cola şirkəti ilə Cappy şirələrinin tökülməsinə dair müqavilə imzalamışıq. Zavodumuzda həmçinin Dimes və O’grae təbii şirələrinin tökülməsi həyata keçirilir. Şirkətin strateji məqsədi təbii şirə istehsalatı üzrə şirkətlərin ən yaxşı göstəricilərinə uyğun olan daimi inkişaf dinamikası və davamlılıqdır.