El-Ve-Em
“El-Ve-Em Ltd” şirkəti 1993-cü ildə təsis edilmişdir. Hazırda GLASURİT (Almaniya), STATOİL (Norveç), LOTOS (Polşa), NOVOL (Polşa), LUXE (Rusiya), VERSHİNA (Rusiya), DYO (Türkiyə), DİVİNOL (Almaniya), SİA(İsveçrə), Arko (İran) kimi istehsalçılarının Azərbaycanda yeganə distribüteridir. Şirkət adları çəkilən malları Azərbaycana idxal edir və onların topdan ticarətini həyata keçirir. Şirkətin 300 kvadrat metrdən çox ofis sahəsi, 2000 kvadrat metrdən çox anbar sahəsi, malların müştərilərə daşınması üçün nəqliyyat vasitələri, Bakı və Sumqayıt avtomobil bazarlarında ticarət nöqtələri mövcuddur. Şirkətin bir çox korporativ müştərilərlə müqavilələri mövcuddur.
Müəssisənin əsas devizi “Qiymətlə keyfiyyətin uyğunluğu”dur.
Müəssisənin nəzdində avtomobillərə texniki xidmət mərkəzi fəaliyyət göstərir.
Bakı şəhərində Koroğlu (keçmiş Əzizbəyov) metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun kənarında yerləşən “Avtoklinika” avtoservisinin ümumi sahəsi 1500 kvadrat metrdir. Ən müasir avadanlıqlarla təchiz olunmuşdur və Azərbaycanda aparıcı avtoservislərdən biri hesab olunur. Avtoservisin ustaları Türkiyədə və Polşada təlim keçmişlər. İstənilən marka avtomobillərin cari və əsaslı təmirini çox yüksək səviyyədə həyata keçirirlər.
Avtoservisdə dəmirçi, rəngsaz, yağ dəyişmə, cilingər işləri, avtomobillərin kompüter diaqnostikası aparılır. Rəngsaz işləri avtoservisdə quraşdırılmış Türkiyə istehsalı olan “Fırat” markalı üç boyama kamerasında həyata keçirilir. Avtoservisdə həmçinin avtomobilin plasmas hissələrinin bərpası, avtomobillərin yuyulması və kimyəvi təmizlənməsi də mümkündür. Təmir zamanı ancaq orijinal ehtiyat hissələrindən istifadə olunur.
“Аvtoklinika”nın bir çox iri şirkətlərlə və sığorta kompaniyaları ilə xidmət kontraktları vardır.