MUGHAN DUYU
100 % təbii "Astara Düyü" markasının istehsalçısı olan "MUGHAN DUYU" MMC 2017-ci ildə təsis edilib. Düyü istehsalı üçün xammal Azərbaycanın cənub bölgəsi olan Astara, Biləsuvar və Lənkəran rayonlarında yerləşən əkin sahələrindən təmin edilir. Əkin sahəsi 400 hektar təşkil edir. Düyünün ən yeni avadanlıqlarla emal edilməsinə və qablaşdırılmasına 2018-ci ildən başlanılıb. Zavod gündə 7 ton düyü emal etmək imkanına malikdir.