Noble
Nobel şirkətinin tarixi 1996-cı ildə italyan istehsalı olan multibrend lyuks geyimlər mağazasından başlayır. Multibrend mağazalarından monobrend butiklərinə qədər inkişaf yolu keçən Noble şirkəti bu gün bir neçə italyan fashion-markalarının rəsmi nümayəndəsi kimi çıxış edir və Azərbaycan bazarında aparıcı mövqe tutur. Belə uğurlu fəaliyyət dövründə şirkət italyan istehsalçıları ilə və Bakının samballı müştəriləri ilə ciddi iş təcrübəsi əldə etmişdir. Noble şirkətinin kolleksiyasına dünya şöhrəti qazanmış italyan brendləri daxildir. Brioni, Stefano Ricci, Canali, Artioli markaların zərif geyim və ayaqqabıları Bakının monobrend mağazalarında təqdim edilir. Ən xırda detala diqqət yetirilmə, son dərəcə incə üslub hissi, materialın yüksək keyfiyyəti və qüsursuz dərzilik məharəti bu italyan istehsalçılarını kişi dəbi dünyasında dəb müəyyən edən istehsalçılara çevirdi. Zərif yundan hazırlanmış kostyumlar və eleqant paltolar, ağappaq köynəklər və bahalı zaponkalar, qızılı saplı qalstuklar və şərflər, dəri portmonelər və kəmərlər, gümüşü əl ağacları və çətirlər... Brioni, Stefano və Canali butiklərində dəbdəbəli tendensiyanın və əsl italyan keyfiyyətinin qiymətini bilən insanlar istədiklərini tapa biləcəklər. Bütün bunları Artioli butikində geniş assortimenti ilə öz alıcılarını gözləyən – fil, timsah, straus, kərtənkələ, lama, angvil kimi nadir dəri növlərindən hazırlanmış ayaqqabı və kəmərlər tamalayır. Azərbaycan bazarı üçün maraqlı olan italyan premium-klas brendlərini Noble şirkəti özünün VIP multibrend butikində təqdim edir: Hettabretz, Schiatti, Massimo Sforza, Maene, Cesare Attolini. Butik Bakı centelmenlərinə yeni markalarla tanış olmaq və onların üslub və keyfiyyətini qiymətləndirmək üçün imkan yaradır. Noble şirkətinin Bakıda təqdim etdiyi bütün lyuks brend geyimlərinin istehsalçıları yalnız İtalyadadır. Həmçinin geyimlərin tikişi zamanı əsas əməliyyatlar əl ilə aparılır ki bu da məşhur italyan markalarının üslubunda yüksək keyfiyyətə və ekskyuziv dizayna nail olmağa imkan verir.Bundan başqa, Nomle mağazalarında materialın seçimi zamanı sizin fərdi ölçü və zövqünüzə maksimim uyğun gələn fərdi made-to-measure tikişini sifariş etmək olar.