Optimal Servis
“OPTİMAL” avto-xidmət mərkəzinin əsası qoyulduğu andan, şirkətin ən mühüm nailiyyətlərindən biri, onun ehtiyat hissələri və materialları tədarük edən 100 – dən çox şirkət ilə daimi və işgüzar əməkdaşlığı olmuşdur. Bu isə, öz növbəsində Avropa, Asiya, Amerika və əlbəttəki, keçmiş sovet məkanında istehsal olunan maşınların təminatlı xidməti üçün olduqca zəruridir.
Hal-hazırda bizim yüksək dünya standartlarına uyğun gələn, yüngül maşınların xidməti üçün Xidmət Mərkəzimiz fəaliyyət göstərir. Mərkəzin texniki heyəti Avropa ölkələrində hazırlıq keçməklə, avto-xidmət sahəsində ən yüksək istehsal keyfiyyətlərinə malikdirlər. Bizim təcrübəmiz bizə, müvafiq anbarda – qisa müddət ərzində xarici maşınların təmirini təmin edən geniş çeşidli ehtiyat hissələrini saxlamağa imkan verir. Texniki Mərkəz avtomobillərin hər növ təmiri üçün lisenziyaya malik olmaqla, bütün görülən işlər üçün təminat verir.