• ru
  • az
  • en
Menu Search
ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • Vakansİyalar
Məhsullar+
  • 1C-Bitriks
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Mobi-S
  • Data Mobile
  • Agent Plus
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

« 1 2 3 4 5 6 7 ... 33 »
XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Bakı şəhərinin ən qabaqcıl tədris mərkəzlərindən biridir.  Mərkəzin müasir standartlara cavab verən maddi-texniki bazası, lisenziyalara malik olması sabitliyə və etibarlığa zəmanət verir.
Tamamlanmış layihələr: XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin saglamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
Tamamlanmış layihələr: « Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin » baş tibb idarəsində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
AMEA Yüksək Texnologiyalar Parkı
AMEA Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. AMEA Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi texnoparkın əsas fəaliyyət istiqamətidir. 
Tamamlanmış layihələr: « AMEA Yüksək Texnologiyalar Parkı » müəssisəsində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

İnstitut 1944 ildə ET Vərəm İnstitutu kimi yaradılmışdır. 1988-ci ildən Pulmonologiya və Ftiziatriya İnstitutu və 1999-cu ildən ET Ağ Ciyər Xəstəlikləri İnstitutu kimi fəaliyyət göstərir. Hal hazırda İnstitut 12 klinik şöbələri əhatə edən 6 Elmi Bölmələrdən ibarətdir.

Tatarstan Respublikasının Daimi Nümayəndəliyi

Tatarstan — Rusiya Federasiyasının tərkibində muxtar respublika.

Ərazisi 68,000 km² əhali sayı isə 3,800,000 nəfərdir ki onların əksəriyəti tatarlardan təşkil olunur. Tatarıstanın paytaxtı Qazan şəhəridir.
Respublika Müalicəvi Diaqnostika Mərkəzi
RDM həqiqətən Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin, bu klinika Bakının ən yaxşı özəl klinikalarından biri olub, yüksək səviyyədə təchiz edilmiş, ən müasir cihazlara malik laborator və diaqnostik mərkəzdir. RDM paytaxtın bütün sakinləri və qonaqlarına ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir. 
Tamamlanmış layihələr: « RDM » aptekində əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir.
Tamamlanmış layihələr: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində mühasibat və vergi uçotunun avtomatlaşdırılması
Mərkəzi Gömrük Hospitalı

Mərkəzi Gömrük Hospitalı 2009-cu ildə fəaliyyətə başladıqdan, Azərbaycanın ən modern səhiyyə ocaqlarından biri sayılır. Hospital öz arxitekturası, daxili təchizat sistemləri, tibbi avadanlıqları, xidmət və idarəetmə üslubuna görə çox müasirdir.

Call Center 189
189 TAXI xidməti Bakıda ilk taksi sifarişi xidmətidir. Sifarişlər 189 nömrəli Çağrı Mərkəzi, 189taxi.az saytı və Android və iOS mobil tətbiqləri vasitəsi ilə həftənin 7 günü, günün 24 saatı qəbul edilir
« 1 2 3 4 5 6 7 ... 33 »
  • ŞİRKƏT HAQQINDA
  • Xəbərlər
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116
Best Soft MMC © 2022
İş cədvəli
10:00 - 19:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2022