STDC
“STDC” MMC 17 iyul 2016-cı il tarixində yaradılmışdır. 31 mart 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.
Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 3,3 ha torpaq sahəsində Data Mərkəz yaradılıb. Data Mərkəzdə ABŞ və Avropa istehsalı olan ən müasir, yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlardan istifadə edilir.
Müəssisə istifadəyə verildikdən sonra müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət göstərir. Burada nəzarət və digər sitemlərin idarə edilməsi 4 növbəli iş rejimi ilə 7/24 olmaqla bütün sutkanı əhatə edir.
Layihə çərçivəsində 100 nəfər daimi iş yeri ilə təmin olunub.