Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
Avropa Yenidənqurma və İnkişaf Bankını (AYİB) — Beynəlxalq maliyyə təşkilatlarına daxidir. 1991-ci ildə 60 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi, Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədi ilə yaradılmışdır.
25 Sentyabr 1992-ci ildən AYİB yerli Azərbaycanlı kiçik və orta biznes müəssisələrinə bir çox sahələrdə kömək edir, ərzaq məhsulları və içkilərin topdan və pərakəndə ticarəti, tikinti və maşınqayırma kimi. Bank nəinki Bakıda, eləcə də paytaxtdan kənarda şirkətlər üçün öz yardımını göstərir. Layihələrin 25% bank artıq Bakıdan kənarda həyata keçirilib.
Bizim Best Soft şirkəti İnformasiya texnologiyaları və kommunikasiyalar sahəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəsmi tərəfdaşıdır (məsləhətçisidir).
Dəstək proqramının şərtlərinə görə, bizim tərəf layihənin icraçısı kimi müqavilənin ümumi məbləğinin 50% AYİB tərəfindən alır, diqər 50% hissəsini isə Sifarişçi tərəfindən alınır. AYİB Sifarişçinin müqavilə məbləğinin 50%-i qədər, ən çoxu 10 000 Avro qədər, ödəyə bilər. Bu vəsait təmənnasız olaraq ödənilir. Bu kredit deyil - bu, özəl biznesin inkişafına yardımdır. Beləliklə Sifarişçi layihə üzrə öz xərclərini xeyli azaldır.
Yerli kiçik və orta müəssisələr məsləhət xidmətlərini almaq üçün aşağıdakı meyarlara uyğun gəlməlidirlər:
İşcilərin sayı 250-ə qədər olmalıdır. İllik dövriyyə 50 milyon avrodan və ya maliyyə sənədləri 43 milyon avrodan aşağı olmalıdır:
- Müəssisə özəl olmalı və yerli vətəndaşa məxsus olmalıdır;
- Minimum 2 il fəaliyyət göstərməlidir;
- Fəaliyyət sahələri: Müəssisə AYİB-ın fəaliyyət göstərdiyi hər hansı sektorda (bank, maliyyə xidmətləri, sığorta istisna olmaqla) fəaliyyət göstərməlidir. Qadağan olunmuş sektorlara və fəaliyyət sahələrinə dair bəzi məhdudiyyətlər mövcuddur (məs, tütün sənayesi, mərc oyunları, vəhşi heyvanlar sahəsində ticarət, pestisid və herbisidlərin ticarəti);
Şirkətin vebsaytı - www.ebrd.com