ABC-Telecom
“ABC Telecom” MMC telekommunikasiya distribyutorluğu, elektronika və mebelin pərakəndə satışı (Kontakt Home şəbəkəsi vasitəsi ilə), Online Content xidmətləri (ABC Content vasitəsi ilə) sahələrində aparıcı şirkətlərdən biri sayılır.
1998-ci ildə yaranan şirkətdə hal-hazırda 450 nəfərdən artıq işçi çalışır.
1999-cu ildə “ABC Telecom” MMC Azercell MMC-nin distribyutoru seçilib.
“Samsung”, “Panasonic”, “SiemensMobile”, “LG Mobile” ,“SonyEricsson”, “HTC” ilə mobil telefon distribyutorluğu müqavilələri imzalanıb.
2007-ci ildə yaranmış “ABC Content” kommunikasıya xidmətlərinin təminatı ilə məşğul olur və qısa nömrələr, SMS Lotereya 8228, online oyunlar və bu kimi xidmətlər göstərir.
“Kontakt Mobile” 2005-ci ildə yaradılmışdır və pərakəndə satış sektorunda “ABC-Telecom” MMC-nin ilk addımı olmuşdur. “Kontakt Mobile” mobil telefon, kompyuter və kamera kimi istehlakçı məhsularının çeşidini təklif edirdi. “Kontakt Mobile”-dan sonra “Kontakt Electronics” mağazalar şəbəkəsi yaradılmışdır və təklif olunan istehlakçı məhsularına məişət texnikası və daha geniş elektronika məhsulları əlavə edilmişdir.
“ABC-Telecom” MMC-nin növbəti layihəsi olan “Kontakt Home” mağazalar şəbəkəsi 2013-cü ildə yaradılıb və istehlakçılar üçün elektronika, məişət texnikası və mebel məhsullarının tam çeşidinin satışını təklif edir.