Mərkəzi Gömrük Hospitalı
Mərkəzi Gömrük Hospitalı 2009-cu ildə fəaliyyətə başladıqdan, Azərbaycanın ən modern səhiyyə ocaqlarından biri sayılır. Hospital öz arxitekturası, daxili təchizat sistemləri, tibbi avadanlıqları, xidmət və idarəetmə üslubuna görə çox müasirdir.
Burada çalışan əsas ixtisasçıların əksəriyyəti qərb ölkələrində tibbi təhsil və ixtisas almışlar. Qısa müddət ərzində cərrahiyənin, terapiyanın və diaqnostikanın əksər sahələrini əhatə edən fəaliyyət spektri ilə tibbi xidmət göstərmək xəstəxanamıza müəssər olmuşdur.