EL Holding
EL Holdinq, əsası 1988-ci ildə qoyulmuş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətə əsasən turizm və tikinti sektorlarından başlayaraq Holdinq qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. Bu gün Holdinq qida, sənaye istehsalı, yük daşımaları, turizm, tikinti və ticarət kimi sektorlarda uğurla fəaliyyət göstərərək beynəlxalq tərəfdaşları ilə birlikdə uzunmüddətli layihələr həyata keçirir.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar EL Holdinqin uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir.
Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır və biz xalqımıza daha geniş çeşiddə yüksək keyfiyyətli məhsullar təqdim edirik. Sənaye istehsalı sahəsində fəaliyyətimiz genişlənir. Yük daşımalarının artırılması məqsədilə Çinin üç şəhərində nümayəndəliklərimiz təsis edilmişdir. Qida sektorunda qazanılmış təcrübəmiz bizə daha yeni layihələrin həyata keçirilməsinə zəmin yaradır. Turizm şirkətimiz ölkəmizin və dünyanın müxtəlif yerlərinə maraqlı səyahətlər təşkil edir. Dünyanın məşhur brendlərinin Azərbaycanda təmsilçiliyi və premium məhsulların ölkəmizə gətirilməsi sahəsində fəaliyyətimiz daha da genişləndirilir.
Bu gün Holdinq Azərbaycandan kənarda da fəaliyyət göstərərək bir sıra Avropa ölkələrində müxtəlif biznes layihələr həyata keçirir. Prioritet sahələrdə aparılan bu layihələr təcrübəli ekspertlərin rəyinə əsaslaınır və bununla da, onların keyfiyyət və gəlirliliyi təmin olunur.
Qarşılıqlı hörmət və düzgünlük əsasında uzun-müddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımzın yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycannın etibarlı biznes tərəfdaşı imcinin gücləndirilməsinə töhfələr vermək Holdinqin əsas prinsipləridir.