Labservis
Tamamlanmış layihələr: « Labservis » şirkətində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
“LABSERVİS LTD” MMC Azərbaycan Respublikasında 1991-ci ildə yaradılmışdır və 25 ildir əsas fəaliyyəti kimi tibbi və tədqiqat müəssisələrinin laboratoriyalarını inkişaf etmiş ölkələrin və tanınmış istehsalçıların beynəlxalq standartlara cavab verən avadanlıqlar, reagentlər və ləvazimatlarla təchiz edən ilk ixtisaslaşmış milli şirkətdir.
“LABSERVİS LTD” MMC Azərbaycanda SYSMEX (Yaponiya), Roche Diagnostics (İsveçrə), Human GmbH (Almaniya), Bio-Rad (ABŞ), R-Biopharm (Almaniya), Greiner Bio-One (Avstriya), NovaTec (Almaniya), SY-LAB (Avstriya), Lorne (Böyük Britaniya), VELP (İtaliya), Macherey-Nagel (Almaniya) şirkətlərinin rəsmi və eksklyuziv distribyutorudur.