• ru
  • az
  • en
Menu Search
ŞİRKƏT HAQQINDA+
  • Xəbərlər
  • BİZİM MÜŞTƏRİLƏR
  • BİZİM TƏRƏFDAŞLAR
  • BİZİM KOLLEKTİV
  • Vakansİyalar
Məhsullar+
  • 1C:Müəssİsə
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
  • Microsoft
  • Antiviruslar
XİDMƏTLƏR+
  • Ekspress-tətbiq
  • Server PT
  • 1C:MÜƏSSİSƏ
  • TİCARƏT AVADANLIĞI
  • 1C Bulud-da
AvadanlIq+
  • SERVER AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI
  • TİCARƏT AVADANLIĞI - OCOM
LAYİHƏLƏR+
  • 1C:MÜƏSSİSƏ
  • Mobile SMARTS
  • Mobi-S
  • Agent Plus
  • 1C-Bitriks
Ana Səhifə » Şirkət haqqında » Bizim müştərilər

Bizim müştərilər

1 2 3 4 5 6 ... 33 »
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir.
Azərbaycan Skautlar Assosiasiyası

Ölkə gənclərinin ümumdünya skaut hərəkətində iştirakı, Azərbaycan Skautlar Assosiasiyasının yaranması və uğurla fəaliyyət göstərməsi də məhz Ümummilli Liderimiz cənab Heydər Əliyevin gənclərə olan atalıq qayğısı və hərtərəfli köməyi nəticəsində mümkün olmuşdur. Sevindirici haldır ki, 1997-ci ildə təsis olunmuş və əsas məqsədi vətənpərvər, kamil və layiqli ölkə gənclərinin formalaşdırılmasına kömək göstərmək olan milli assosiasiya qısa müddətdə Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir və hal-hazırda nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanı layiqincə təmsil edir.

Tamamlanmış layihələr: « Azərbaycan Skautlar Assosiasiyasında » mühasibat və vergi uçotunun avtomatlaşdırılması
Bakı Şampan Şərabları Zavodu

Bakı Şampan Şərabları zavodu 1980-ci ildə yaradılmışdır, şampan şərablarının və araq-çaxır məmulatlarının istehsalı üzrə Avropada ən iri müəssisələrdəndir. Müasir texnoloji avadanlıq, yüksək ixtisaslı mütəxəssislər və şərabçılıq elminin ən son nailiyyətlərindən texnoloji proseslərdə istifadə olunması bizim zavodumuzu təkcə Azərbaycanda lider etmir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Dünyanın ən böyük dəniz limanlarından başqa Mərkəzi Avrasiyanın mühüm kommersiya şəhərləri tarixən quru mərkəzlər olmuşlar. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansaray olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi.  İpək Yolu dəhlizləri əsrlər boyu Mərkəzi Avrasiyanın bir çox xalqlarının rifahına xidmət etmişdir.

Tamamlanmış layihələr: « Bakı Beynəlxalq Dəniz Ticarət Limanı » müəssisədə idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qeyri-kommersiya qurumdur.
Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionunun əsas məqsədi yaşından, peşəsindən və maraq dairəsindən asılı olmayaraq hər kəsin sevimli məkanı olacaq kompleks yaratmaqdır. Stadionun tutumu 68700 təşkil edir.
Qlobal Fondun AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramının Lahiyə Əlaqələndirmə Bürosu
Artıq 5 ildir ki, ölkədə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun layihəsi İİV epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində hökumət orqanları, QHT-lər və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Bu müddət ərzində ümumi əhali, xüsusilə də yüksək riskli qruplar arasında İİV/QİÇS-in profilaktikasına dair tədbirlər, zərərin azaldılması layihələri, ARV müalicəsi, məktəblərdə həyati bacarıqlara əsaslanan təhsil fənninin tətbiqi, İİV laboratoriyalarının avadanlıq və tibbi ləvazimatla təchizatı, İİV üzrə könüllü məsləhət və müayinəsi, İİV-in anadan uşağa ötürülməsi profilaktikasına dəstək və İİV/QİÇS-lə yaşayan insanlara qayğı və dəstəyin göstərilməsi kimi fəaliyyətlər həyata keçirilir.
Tamamlanmış layihələr: « Qlobal Fondun AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramının Lahiyə Əlaqələndirmə » bürosunda Azərbaycan MB valyuta məzənnələrinin yüklənməsinin avtomatlaşdırılması, « Qlobal Fondun AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramının Lahiyə Əlaqələndirmə » bürosunda əməliyyat və idarəetmə uçotunun avtomatlaşdırılması, « Qlobal Fondun AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramının Lahiyə Əlaqələndirmə » bürosunda analizlərin nəticələrinin və göndəriş vərəqlərinin uçotunun avtomatlaşdırılması
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
Dövlət Torpaq Komitəsi 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılmışdır. DTK 1996-cı ildən başlayaraq, əsası böyük Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Julfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının bütünlükdə respublika ərazisində həyata keçirilməsini icra etməyə başlamışdır. 2001-ci ildə ölkədə aparılan struktur islahatları çərçivəsində Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
Tamamlanmış layihələr: « Bakı Baş Gömrük İdarəsində » əmək haqqı və kadrlar uçotunun avtomatlaşdırılması, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindənə idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

Tamamlanmış layihələr: Azərbaycan Respublikasının Vəkillər Kollegiyasındə idarəetmə və mühasibat uçotunun avtomatlaşdırılması
1 2 3 4 5 6 ... 33 »
  • ŞİRKƏT HAQQINDA
  • Xəbərlər
  • Məhsullar
  • XİDMƏTLƏR
  • AvadanlIq
  • LAYİHƏLƏR
  • Əlaqə
Ünvan
Azərbaycan, Bakı, AZ1029
H. Əliyev pr. 95
Qafqaz Business Center

1C tərəfdaş kodu: 52135-AZ
1C-Bitriks tərəfdaş kodu: 9860461
Microsoft tərəfdaş kodu: 5067116
Best Soft MMC © 2022
İş cədvəli
10:00 - 19:00
(bazar ertəsi - cümə)
İstirahət günləri: şənbə, bazar
Biz burada
Whatsapp
Bütün hüquqlar sizin vicdanınız ilə qorunur © 2022