Gulf Group
Şirkətimiz qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq Azərbaycan məkanında öz yerini tuta bilib. Biz "QALF Şirkətlər Qrupu" olaraq əlverişli iqtisadi mühitin, eyni zamanda sahibkarlığın inkişafının bir parçası olmaqdan qürur duyuruq. Məqsədimiz gündən-günə çiçəklənən və inkişaf edən doğma Azərbaycanımızda sahibkarlığın inkişafına öz payımızı vermək və bu inkişafdan kənar qalmamaqdır. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən "Qalf" şirkətlərini vahid, mərkəzləşdirilmiş bir quruma çevirmək və onun inkişafını daha da sürətləndirmək, onları "Qalf Şirkətlər Qrupu" formasında birləşdirmək şirkət üçün ən zəruri məsələlərdən biri olduğu üçün biz bu addımı həyata keçirdik. Hal-hazırda Şirkətlər qrupuna 5 şirkət daxildir.Bunlar "Qalf Servis", "Qalf Akses", "Qalf konstrakşn", "Qalf Audit" və "Qalf SS" şirkətləridir.
Hər bir şirkətin ayrı-ayrılıqda öz müstəqil fəaliyyət sahəsi var. Əsasən tikinti-inşaat, alqı-satqı, xidmət və sair sahələrdə fəaliyyət göstərən bu şirkətlər uğurla inkişaf edir. Yeni texnologiyaların istehsalata tətbiqi və bunun da məntiqi nəticəsi olaraq daha yüksək keyfiyyətə nail olmaq şirkətin gələcək perspektivlərindən xəbər verir. Şirkətlər qrupu öz fəaliyyət istiqamətlərini çox diqqətlə seçir və buna görə də fəaliyyət göstərdiyi bütün sahələrdə tam bir peşəkarlıq özünü göstərir. Belə ki, hər hansı bir sahədə fəaliyyətə başlamazdan əvvəl şirkət bu sahənin bütün özəllikləri ilə tanış olur və bu sahədə fəaliyyət göstərə biləcək peşəkarlara etibar edir. Şirkətimizdə çalışan hər bir əməkdaş öz məsuliyyətini dərk edərək, işinin öhdəsindən layiqincə gəlir. Təcrübəli mütəxəssislər və işgüzar kollektiv şirkətimizin durmadan inkişaf etməsi üçün çalışır. Müştərilərimizin etibarını qazanmaq və onların maraqlarına uyğun fəaliyyət göstərmək üçün şirkət böyük səylə çalışır. Şirkətin gələcəyə dair böyük layihələri var ki, bunların da arasında yeni, müasir standartlara uyğun tikinti layihələrinin həyata keçirilməsi, xarici ölkələrə investisiyaların qoyulmasını misal çəkmək olar.