LOR Hospital
2013-cü ildən fəaliyyət göstərən LOR HOSPITAL Klinikasında hər növ burun, qulaq, boğaz və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv əməliyyatlar həyata keçirilir. Yerli uzman həkimlərimizlə yanaşı Türkiyədən, Rusiyadan və Ukraynadan gələn həkimlər də burada yüksək keyfiyyətli tibbi xidmət göstərirlər. Klinikada 3 əsas mərkəz fəaliyyət göstərir: Eşitmə Mərkəzi, Səs Mərkəzi, Nəfəs Mərkəzi.
Azərbaycanda ilk dəfə olaraq Lor Hospitalda Eşitmə Mərkəzi fəaliyyətə başlamışdır. Bu mərkəzdə hər yaş qrupundan olan şəxslərin eşitmə muayinələri Türkiyədə kurs keçmiş yüksək ixtisasli mütəxəssislər tərəfindən həyata kecirilir. Eşitmə mərkəzində -Otoakustik emisyon, Audiometriya, BERA Testi, Timpanometriya müayinələri həyata keçirilir. Klinikada həmçinin Səs Mərkəzi də fəaliyyət göstərir. Klinikamızın nəzdində yerləşən SƏS MƏRKƏZİ xüsusən peşəkar səs istifadəçilərinin səs problemləri ilə bağlı diaqnostika və müalicə sahəsində ixtisaslaşmış bir mərkəzdir. Komanda işi ilə, Səs mərkəzi mütəxəssisləri bir dərziyə xas üsulla xəstələrin ehtiyacı olan müalicə planlarını hazırlayırlar. Komandamızda qulaq-burun-boğaz həkimləri, foniatr, səs terapevti və səs pedaqoqu-vocal coach başda olmaqla əsas xidmətləri həyata keçirən mütəxəssislər təmsil olunurlar. Səs Mərkəzi klinikanın digər şöbələri ilə koordinasiyalı bir plan həyata keçirərək xəstələri diqqət mərkəzində saxlayır.