Bizim müştərilər
Həsən Əliyev 38 ünvanında yerləşən və 12 mərtəbəli korpusdan ibarət EGE Hospital vətəndaşlarımıza yüksək keyfiyyət, güvən və davamlılığı bir arada təqdim etmək məqsədilə xidmətinizdədir. Dünya standartlarına uyğun tibbi xidməti ölkəmizdə tətbiq edən EGE Hospital peşəkar həkimlərin, bilik və təcrübələrini səmimi şəkildə paylaşan tibbi heyətin, düzgün keyfiyyət strategiyasının, ən müasir tibb texnologiyası ilə keyfiyyətli tibbi xidmətə hər tərəfli təminat yaradır.
Düzgün müayinə və müalicə üçün ölkə xaricinə çıxmağa ehtiyac yoxdur. Ege Hospital uzaq yolları yaxın edir!
Biznesinizə yüksək səviyyəli dəstək
Biz fərqli və Azərbaycanda heç eşidilməmiş bir işi həyata keçirmək üçün bir araya gələn müxtəlif peşələrdən olan peşəkarlar komandasıyıq.1996- cı ildə fəliyyətə başlayan İlk yerli mebel brendi olan Embawood müştəri yönümlü strategiyasını özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işləri görməyə davam edir. Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemini yeniləyərək, xidmət səviyyəsini daha yüksək pilləyə qaldırmışdır. Şirkət qarşısına qoyduğu bütün məqsədlərə çatmaq üçün məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsipləri əsas meyar olaraq seçmişdir.